
Bamod şirkəti üçün ümumi İT xidmətlərinin göstərilməsi
Bamod şirkəti üçün ümumi IT xidmətləri layihəsi çərçivəsində geniş spektrli texnoloji həllər təqdim etmişik. Bu xidmətlərə daxildir:
- Server xidmətləri: Şirkətin ehtiyaclarına uyğun olaraq serverlərin quraşdırılması, konfiqurasiyası və optimizasiyası.
- Help Desk dəstəyi: İstifadəçilərə texniki problemlərin həlli üçün operativ dəstək və məsləhət xidməti.
- Kamera sistemlərinin quraşdırılması: Təhlükəsizlik məqsədilə müasir video müşahidə sistemlərinin quraşdırılması və istismarı.
- IT infrastrukturu: Şəbəkə sistemlərinin qurulması, texniki avadanlıqların təchizatı və idarə olunması.
Bamod şirkəti ilə əməkdaşlığımız zamanı məqsədimiz ən müasir texnologiyalardan istifadə edərək onların biznes ehtiyaclarına cavab verən, effektiv və etibarlı IT həlləri təqdim etmək idi. Təklif etdiyimiz xidmətlər müştərinin əməliyyatlarının səmərəliliyini artırmağa və təhlükəsizliyini təmin etməyə yönəlib.